
“Real” argentinalı futbolçu üçün hərəkətə keçir
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Madrid komandasının yeni baş məşqçisi olacaq Xabi Alonsonun argentinalı futbolçunun transferini təmin etmək üçün “Liverpul”dakı əlaqələrindən istifadə etməyi planlaşdırdığı bildirilir.
26 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



