“Real” mənim gələcəyimdir”

“Real”ın hücumçusu Vinisius Junior komandadakı gələcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Real”ın onun gələcəyi olduğunu deyib:

“Real” mənim gələcəyimdir. Bu komandada 100-dən çox qol vurduğum üçün xoşbəxtəm. Klubda tarix yazdım və bu məni çox sevindirir. Mən buna nail olmaqda mənə kömək etdikləri üçün komanda yoldaşlarıma təşəkkür edirəm”.

Bundan əvvəl mətbuat Vinisiusun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə biləcəyini yazmışdı. 24 yaşlı futbolçu 2018-ci ildən “Real”da çıxış edir. Onun klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button