“Real” Luninin gələcəyi ilə bağlı qərar verib
“Real”ın qapıçısı Andrey Luninin növbəti mövsümü harada keçirəcəyi məlum olub.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu Madrid klubunda qalacaq. ”Real”ın rəhbərliyi qolkiperi komandada saxlayacaqlarını bildirib. Luninin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Yeni müqavilənin imzalanması futbolçudan yox, daha çox “Real”dan asılıdır.
Lunin 2018-ci ildən İspaniya klubunda çıxış edir. O, 2023/24 mövsümünün sonunda İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin