“Real” “Liverpul”un təklifini dinləməyə hazırdır
“Real” yarımmüdafiəçisi Orelyen Tçuameninin transferi ilə bağlı “Liverpul”un təklifini dinləməyə hazırdır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, mersisaydlılar fransalı futbolçu üçün 75 milyon avroluq təzminat ödəməyə hazırdırlar.
Tçuameni 2022-ci ilin yayında Fransanın “Monako” klubundan “Real”a keçib. “Liverpul” da həmin transfer pəncərəsi zamanı futbolçunu almaqda maraqlı idi, lakin o, “kral klubu”na keçməyə qərar verdi.
24 yaşlı futbolçu cari İspaniya çempionatında 7 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin