
“Real”ın Van Dayk planı
“Real” gələn yay müqavilə imzalayacağı yeni müdafiəçi axtarır.
Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “kral klubu” zədə səbəbindən tez-tez sıradan çıxan David Alaba və Eder Militaonu əvəz edə biləcək futbolçu axtarır.
Madridlilər gözünü “Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Dayka dikib. O, 2025-ci ilin yayında azad agent olacaq.
33 yaşlı futbolçu 2018-ci ilin yanvarından “Liverpul”un rənglərini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin