
“Real” daha bir futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Real”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu ingilis müdafiəçini 2025-ci ilin yayında heyətə qatmaq variantını nəzərdən keçirir. “Real” Aleksander-Arnoldu azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Daha əvvəl də Madrid klubu PSJ ilə anlaşmasının bitməsini gözlədiyi Killian Mbappe ilə azad agent kimi müqavilə imzalayıb.
25 yaşlı müdafiəçi bu mövsüm 4 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin