“Real” “Leyptsiq”i keçmək üçün əziyyət çəkdi” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la “Leyptsiq” arasında baş tutan görüşdən danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Real”ın oyunda əziyyət çəkdiyini bildirib:
“Kopenhagen”lə ümumi hesab 6:2 oldu. Bizim üçün asan oldu. “Real” isə “Leyptsiq”i keçmək üçün əziyyət çəkdi. Keçmişdə bu komandaya qarşı oynamışıq və hamı “Ah, bu asan olacaq” deyirdi. “Leyptsiq” çox mürəkkəb oyun sərgiləyir.
Premyer Liqanı qazanmaq üçün mübarizə aparmaq çətindir. Kubokda da çətindir. “Luton”a səfər etmək və öz meydanında qalib gəlmək (6:2) çətindir. Amma indi bu, təbii qarşılanır. Çünki bizdə yüksək standartlar var. Ancaq oyunçularım və mən bilirik ki, hər şey çətindir. Mən bunu klubdan, rəhbərlikdən, işçilərdən və oyunçulardan hiss etmək istəyirəm”.
“Real” və “Mançester Siti” iki oyunun nəticəsinə əsasən ÇL-də 1/4 finala yüksəliblər.
Bizi Facebook-da izləyin