“Real” Kurtuanın zədəsi ilə bağlı açıqlama yaydı
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya çempionatının “Atletiko” ilə matçında (1:1) zədələnib. Belçikalı futbolçu bu gün tibbi müayinədən keçib.
Komanda.az xəbər verir ki, “kral klubu” bununla bağlı açıqlama yayıb:
“Bu gün “Real”ın tibbi xidməti Tibo Kurtuanı müayinə etdikdən sonra, ona sol ayağının əzələsinin zədələnməsi diaqnozu qoyulub”.
“Real” Kurtuanın sağalma müddətini dəqiqləşdirməyib.
“Real” bu həftə “Lill” (Çempionlar Liqası) və “Vilyarreal”la (La Liqa) oyunlar keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin