Kurtua ilə yeni müqavilə imzalanıb

“Real” əsas qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Belçikalı qolkiperlə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb. Onun əvvəlki sözləşməsi 2026-cı ildə başa çatacaqdı.

33 yaşlı futbolçu “Real”ın heyətinə 2018-ci ildə qoşulub. O vaxtdan bəri klubun formasında 288 oyuna çıxıb və bu müddət ərzində 3 dəfə La Liqa çempionu olub. Həmçinin, Kurtua “kral klubu” ilə 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button