“Real” Kroosu əvəz edəcək futbolçunu tapıb
Toni Kroosun gedişi təkcə “Real” azarkeşlərinin ürəyində deyil, həm də komandanın mərkəz xəttində böyük boşluq yaradıb. La Liqanın ilk turlarında “kral klubu” çoxdan gözlənilən Kilian Mbappenin gəlişinə baxmayaraq, qeyri-müəyyən görünür, “Malyorka” və “Las Palmas” ilə səfər matçlarında iki dəfə heç-heçə edib.
Komanda.az “Sport.es”-ə istinadən xəbər verir ki, çoxu bunun səbəbini məhz Kroosun gedişində və meydanın mərkəzində keyfiyyətli oyunçuların olmamasında görür. Buna görə də, rəhbərlik gələn yay üçün transfer hədəfləri arasında PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi nəzərdən keçirir.
“Real” rəhbərliyi Ruisin AÇ-2024-də İspaniya millisinin heyətində parlaq çıxışına heyran olub. Bundan əlavə, ispaniyalı futbolçu daha əvvəl komandanın hazırkı baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında “Napoli”də çıxış edib.
28 yaşlı yarımmüdafiəçinin PSJ ilə 3 illik müqaviləsi var, lakin parislilər onun gedişinin əleyhinə deyil.
Bizi Facebook-da izləyin