“Real” onu Türkiyəyə göndərir
“Real” klubunun futbolçusu Serxio Reqilon karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə “Beşiktaş” klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Beşiktaş”ın Reqilonu 1,5 milyon avro qarşılığında icarəyə götürəcəyi bildirilir.
“Real”ın baş məşqçisi Zinəddin Zidanın gələcək planlarında yer almayan Reqilonun yay transfer pəncərəsi dövründə komandadan ayrılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin