“Real”ın futbolçusuna 1 milyon avroluq cərimə
“Real” klubunun futbolçusu Serxio Ramos vergidən yayınmaqda ittiham olunur.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb. Xəbərdə, Ramosun vergi qaydalarını pozduğu üçün 1 milyon avro cərimələndiyi bildirilib.
Ramos bu məbləğin yarısını ödəsə də, vergidən yayındığını etiraf etməkdən imtina edib. “Real”ın kapitanı olan müdafiəçi, məhkəmənin qərarına etiraz etməyə hazırlaşır. Ramos əvvəlcədən ödədiyi 500 min avronun da qaytarılmasını tələb edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin