“Real” müdafiəçisi ilə danışıqlara başlayacaq

“Real” müdafiəçisi Daniel Karvahala yeni müqavilə təklif etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi yaxın vaxtlarda ispan müdafiəçi ilə yeni müqavilə üzrə danışıqlara başlamaq niyyətindədir.

“Real” Karvahalın son mövsümdəki çıxışından çox razıdır. Rəhbərlik həm də, onun göstərdiyi fədakarlığı yüksək qiymətləndirir.

32 yaşlı Karvahalın klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır, ona görə də, “Real” rəhbərliyi futbolçu ilə tez bir zamanda razılığa gəlmək istəyir.

Karvahal 2014-cü ildən bəri “kral klubu” ilə 6 dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button