“Real” Karvahalı əvəz edəcək oyunçu ilə danışıqlara başlayıb

“Real”ın müdafiəçisi Dani Karvahal ciddi zədə alıb və uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı futbolçunun yerinə “Leyptsiq”dən Kastello Lukebanı nəzərdən keçirir. “Real” 21 yaşlı müdafiəçinin transferi ilə bağlı ilkin danışıqlara başlayıb.

“Transfermarkt” portalı fransalı futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir. Onun “Leyptsiq”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Karvahalın dizində çarpaz bağ yırtılıb. O, əməliyyat olunacaq və bu mövsüm bir daha oynaya bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button