“Real” qışda “Liverpul”un futbolçusu üçün danışıqlara başlayacaq

“Real” rəhbərliyi komandanı Trent Aleksander-Arnoldla gücləndirməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

“Kral klubu” yanvara qədər gözləmək və daha sonra ingiltərəli oyunçunun nümayəndələri ilə danışıqlar prosesinə başlamaq niyyətindədir. Aleksandr-Arnold dizindən zədələnərək mövsümün qalan hissəsini buraxmalı olan ispaniyalı müdafiəçi Dani Karvahalı əvəz edəcək.

26 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə Premyer Liqada 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button