“Real” Karvahala əvəzləyici tapıb

“Real” “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı ingiltərəli futbolçunu müdafiəçisi Dani Karvahalı əvəzləyəcək oyunçu kimi görür. Hələlik klublar arasında danışıqların aparılmadığı qeyd edilir.

Aleksander-Arnold bu mövsüm “Liverpul”un heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button