“Real” “Bayern”in üzvü ilə anlaşıb

“Real” gələcəyi düşünərək heyətini gücləndirməyə çalışır.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu “Bayern”dən müdafiəçi Alfonso Deyvisin transferi ilə bağlı razılığa gəlib.

“Real” bu yay kanadalı futbolçu ilə müqavilə bağlaya bilərdi. Amma “Bayern” sözləşməsi gələn yay başa çatacaq 23 yaşlı müdafiəçi üçün 50 milyon avro tələb edərək, qiyməti aşağı salmayıb. Belə ki, “kral klubu” Deyvis üçün 35 milyon avro ödəməyə hazır idi. Nəticədə, “Real” onunla azad agent kimi gələn yay transfer barədə razılığa gəlib.

Deyvis əhəmiyyətli imza bonusu ilə mükafatlandırılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button