
“Real” 8 milyon avroya müdafiəçi almaq istəyir
“Real” “Jirona”nın sol cinah müdafiəçisini yay transfer pəncərəsi dövründə ala bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, söhbət “kral klubu”nun yetirməsi olan Migel Qutyerresdən gedir. Madrid klubu 22 yaşlı futbolçunu 8 milyon avroya transfer etmək istəyir.
“Real” Qutyerresi alıb, onu daha bir mövsümlük “Jirona”ya icarəyə göndərə bilər.
Futbolçunun xidmətində İngiltərə Premyer Liqası klubları, eləcə də “Bayern” maraqlıdır.
Qutyerres bu mövsüm 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin