“Real” futbolçusu ilə danışıqlara başlayıb
“Real” futbolçusu Lukas Vaskeslə müqavilə müddətini artırmaq istəyir.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “kral klubu” onun 2025-ci ilin yayına qədər komandada qalması üçün danışıqlara başlayıb.
32 yaşlı vinger “Real”ın yetirməsidir. O, 2015-ci ilin yayında əsas komandaya dəvət edilib və bütün turnirlərdə ümumilikdə 334 oyun keçirib, 34 qol vurub, 61 məhsuldar ötürmə edib. Onun klubla müqavilə müddəti 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.
Vaskes “Espanyol”da icarə əsasında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin