
“Real” ispaniyalı futbolçu ilə yollarını ayırdı – Rəsmi
“Real” rəsmi saytında müdafiəçi Lukas Vaskesin komandadan ayrıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq. Vida mərasimdə klub prezidenti Florentino Peres də iştirak edəcək.
34 yaşlı Vaskes “Real”ın yetirməsidir və 2007-ci ildən klubda idi. O vaxtdan bəri o, “Real” forması ilə 402 oyun keçirib. Vaskes bu müddət ərzində 23 titul qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


