“Real”da yeni müqavilə – Rəsmi

“Real” müdafiəçisi Lukas Vaskeslə müqavilə müddətini 30 iyun 2025-ci ilə qədər uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.

İspaniyalı futbolçu 2008-ci ildən Madrid klubunda çıxış edir. Vaskes “Real”ın heyətində bütün yarışlarda 349 oyuna çıxıb, 28 qol vurub və 51 məhsuldar ötürmə edib.

33 yaşlı müdafiəçi dördqat İspaniya çempionu, ölkə kubokunun, 3 dəfə ölkə superkubokunun və 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button