
“Real”dan son 34 ildə ən yaxşı göstərici
“Real” İspaniya La Liqasının 6-cı turunda “Malyorka”nı məğlub edib – 6:1.
Komanda.az xəbər verir ki, “kral klubu” bu mövsüm çempionatda 6 oyunda 21 qol vurub. Bu, “Real”ın son 34 ildə ən yaxşı göstəricisidir.
Madrid təmsilçisi sonuncu dəfə 1987/1988 mövsümündə ilk 6 turda 26 qol vurmuşdu.
“Real” La Liqada 16 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin