
“Real” 1/8 finalda
İspaniya kubokunun 1/16 finalında “Real” “Kasereno”nu məğlub edib (1:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun Kaseres şəhərindəki “Prinsipe Felipe” stadionunda keçirilib.
Görüşdə yeganə qolu 69-cu dəqiqədə braziliyalı hücumçu Rodriqo vurub.
“Real”ın 1/8 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin