
“Liverpul”un futbolçusu “Real”ın “radar”ında
“Real” İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnoldla maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Madrid klubunun Trenti müdafiəçi Dani Karvahala əvəzləyici kimi gördüyü bildirilib.
Karvahal bu mövsüm tez-tez zədələnir və komandasına kömək edə bilmir. “Real” bu mövqeyə Arnoldu transfer edərək, problemi həll etmək istəyir.
“Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədər olan ingilis futbolçunun “transfermarkt”da dəyəri 75 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin