“Real” İngiltərə millisinin üzvü ilə anlaşıb

“Real” yeni müqavilə ilə bağlı razılığa gəlib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul”un futbolçusu Trent Aleksander-Arnold 2025-ci ilin yayında “kral klubu”nun sıralarına qoşulacaq. Madrid klubu ingiltərəli müdafiəçinin “Liverpul”la müqaviləsinin bitməsini gözləyəcək və sonra onunla azad agent kimi sözləşmə imzalayacaq.

25 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.

Aleksander-Arnold 2016-cı ilin iyul ayından “Liverpul”da çıxış edir. O, İngiltərə çempionatının son mövsümündə 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button