
“Real”ın Modriçin “varis”i kimi gördüyü futbolçu
Luka Modriç hələ də “Real” üçün faydalıdır. Ancaq o, gəncləşmir…
Xorvatiyalı futbolçunun payızda 40 yaşı tamam olacaq və onun “kral klubu”nda qalacağı dəqiq deyil. “Real” artıq bu mövqe üçün daha gənc futbolçu axtarır.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Real” Modriçin mövqeyi üçün PSJ-dən Vitinyonu almaq istəyir.
Madridlilər inanırlar ki, 25 yaşlı portuqaliyalı futbolçu nəinki heyəti cavanlaşdıracaq, həm də, oyun sisteminə mükəmməl uyğunlaşacaq. Ancaq PSJ-nin Vitinya ilə ayrılmaq istəmədiyi də bildirilir.
55 milyon avro dəyərində qiymətləndirilən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



