“Real”la müqavilə imzalamazdan əvvəl “Barselona” ilə hər şeyi razılaşdırmışdım”

“Real”ın hücumçusu Rodriqo Madrid klubuna keçməzdən əvvəl “Barselona”da oynama ehtimalından danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Mənə dedilər ki, az qala “Barselona”ya keçirmişsən. Bunun necə baş verdiyini izah et. “Real”la müqavilə imzalamazdan əvvəl artıq “Barselona” ilə hər şeyi razılaşdırmışdım. Bu, doğrudur. Amma atam dedi ki, “Real” bizə təklif edib və biz seçim etməliyik. Mənim üçün bu, asan seçim idi. Nə istədiyimi, nə arzuladığımı bilirdim. Hətta buna şübhə etmirdim. Və buradayam. Mən həmişə demişəm ki, “Barselona” böyük klubdur”.

24 yaşlı braziliyalı futbolçu 2019-cu ilin yayında “Santos”dan “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button