“Real”da işləmək böyük uğurdur” – Pelleqrini
“Betis”in baş məşqçisi Manuel Pelleqrini “Real”da keçirdiyi vaxtı şərh edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, klub prezidenti Florentino Pereslə arasında olan fikir ayrılığından danışıb:
“Madrid klubu haqqında pis söz deyə bilmərəm, çünki peşman olacağım heç nə yoxdur. “Real”da işləmək böyük uğurdur. Kubokda və Çempionlar Liqasında daha yüksək pillələrə qalxmasaq da, 96 xal topladıq.
Komandaya gəldiyim gündən aramızda məşqçi və idarə heyətinin işinin nə olması ilə bağlı fikir ayrılıqları yarandı. Mübahisə etmədən bu fərqləri qəbul edirəm. Məşqçinin nə olması və nə etməli olduğuna dair prezidentin öz baxışı var və mövsümün əvvəlində onunla fikir ayrılığım oldu. Hətta o zaman getməyi təklif etdim. Amma bu baş vermədi.
Mövsüm keçdi və mən titul qazansam da, qazanmasam da, klubdan ayrıldığımı başa düşdüm. Prezidentlə fikir ayrılığı varsa, o zaman məşqçilik edən gedir”.
Pelleqrini 2009-cu ilin iyulundan 2010-cu ilin mayına kimi “Real”a rəhbərlik edib.
Bizi Facebook-da izləyin