
“Real” iki futbolçusu ilə müqaviləni yeniləyəcək
“Real” yarımmüdafiəçiləri Eduardo Kamavinqa və Federiko Valverde ilə yeni müqavilələr imzalamaq üçün razılaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu futbolçuların maaşlarını artıracaq. Hər iki yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilə qədər uzadılacaq.
Kamavinqa 2021-ci ildə 31 milyon avroya “Renn”dən “Real”a keçib. Valverde 2016-cı ildə 5 milyon avroya “Penyarol”dan Madrid klubuna transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin