“Real” almanlara “yox” dedi
“Real” icarə əsasında Dortmund “Borussiya”sında forma geyinən futbolçusu Əşrəf Hakimini gələn mövsüm komandaya qaytaracaq.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, iki mövsümlüyünə “Borussiya”ya icarəyə verilən müdafiəçinin yenidən Madridə qayıdacağı bildirilir. Almanlar Hakimini birdəfəlik transfer etmək istəsə də, “Real”dan “yox” cavabı alıblar.
“Real”ın yetirməsi olan Hakimi bu mövsüm “Borussiya” ilə 216 oyunda 6 qol vurub, eyni sayda da məhsuldar ötürmə edib.
2018-ci ilin yayında “Borussiya”ya icarəyə verilən Hakiminin icarə müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin