“Real” Odeqardla bağlı qərarını verdi
“Real” icarə əsasında “Arsenal”da çıxış edən Martin Odeqardı satmaq istəmir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Real”da norveçli yarımmüdafiəçiyə ümidin böyük olduğu və bu səbəbdən onun yeni mövsümdə komandada saxlanacağı bildirilib.
“Real” Odeqardı yanvarda İngiltərə “Arsenal”ına icarəyə verib. 22 yaşlı futbolçunun London klubu ilə icarə müqaviləsi yaya qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin