“Real” hücumçusunu İtaliyaya göndərir
“Fiorentina” hücumçu Luka Yoviçin icarəsi üçün “Real”la danışıqları davam etdirir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı serb futbolçuya maaşının yarısını verməyə hazırdır.
Xəbərdə bildirilir ki, hücumçu artıq Florensiya klubuna keçidə razılaşıb.
Joviç ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin