“Real” hücumçusunu icarəyə verdi
İspaniyanın “Real” klubu daha bir futbolçusunu icarəyə göndərib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisi gənc hücumçusu Borxa Mayoralı “Levante”yə icarəyə verib.
Bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvard 2019/20 mövsümünün sonunadək “Levante”nin uğurları üçün çalışacaq.
Borxa geridə qalan mövsümü də “Levante”də icarədə keçirib. O, bu komandanın heyətində 29 oyuna çıxıb, 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin