“Real” hücumçusunu 10 milyon avroya satdı

İspaniyalı hücumçu Borxa Mayoral Madrid “Real”ından ayrılıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu La Liqanın digər təmsilçisi “Xetafe”yə transfer olunub.

Bu barədə hücumçunun yeni klubu məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. “Xetafe” bu transfer üçün paytaxt klubuna 10 milyon avro ödəyəcək.

Mayoral “Real”ın öz yetirməsidir. O, 2015-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynamağa başlayıb. Lakin o, bu komandada cəmi 33 oyun keçirib, 7 qol vurub. Hücumçu “Volfsburq”, “Levante” və “Roma” kimi klublarda icarədə oynayıb. Mayoral geridə qalan mövsümün ikinci hissəsini də məhz “Xetafe”də icarədə keçirmişdi. O, burada 18 oyuna 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button