Haland üçün 100 milyon avro verməyə hazırdır – La Liqa nəhəngi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Real”a keçə bilər.
Komanda.az “Fooball Espana”-ya istinadən xəbər verir ki, norveçli futbolçunun müqaviləsində 100 milyon avro qarşılığında İngiltərə xaricində hansısa bir kluba transfer ola biləcəyinə dair bənd var. Madrid təmsilçisi isə 23 yaşlı forvardın bu məbləğə layiq olduğunu düşünür. Klub Halanda görə 100 milyon avro ödəməyə hazırdır.
Haland bu mövsüm Premyer Liqada 15 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin