
”Real” azarkeşlərini “üsyan”a çağırdı
“Real” İspaniya çempionatının 25-ci turunun “Jirona” ilə oyununda etiraz aksiyası hazırlayır.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubu La Liqanın qarşıdakı matçının 12-ci dəqiqəsində azarkeşləri “Federasiyada korrupsiya” şüarını səsləndirməyə çağırıb. Bununla da, “kral klubu” İspaniyadakı hakimlərin işindən kəskin narazılığını nümayiş etdirmək istəyir.
“Real” – “Jirona” matçı bu gün Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin