“Real” gözünü 16 yaşlı futbolçuya dikib

“Bayern” akademiyasının yetirməsi Lennart Karl Avropa klublarından birinin maraq dairəsinə düşüb.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, söhbət “Real”dan gedir.

16 yaşlı almaniyalı yarımmüdafiəçi hazırda gənclər komandasında çıxış edir və böyük potensialı var.

Lennart gənclər çempionatının 11 matçında iştirak edib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button