“Real”ın “radar”ındadır – Almaniya klubunun futbolçusu

“Union”un (Berlin) müdafiəçisi Dioqo Leyte Avropanın başqa bir klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun transferində iki klub maraqlıdır. Söhbət “Real” və “Bayer”dən gedir.

Leyte də mövsümün sonunda komandasını dəyişməyə hazırdır. “Union”, oyunçu üçün yaxşı pul təklif etsələr, onun getməsinə qarşı deyil. Leytenin transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Portuqaliyalı müdafiəçi Almaniya çempionatının bu mövsümündə 27 oyun keçirib və 6 sarı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button