“Real” onunla razılığa gəldi
“Real” futbolçusu Dani Karvahalla yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 28 yaşlı futbolçuyla müqavilənin müddətini 2024-cü ilədək uzatmağı planlaşdırır. Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Karvahalın klubla müqaviləsi 2022-ci ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin