“Real” futbolçusunu qaytarır
“Real” icarə əsasında “Bavariya”da çıxış edən Alvaro Odriosola ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” Odriosolanı geri qaytaracaq. Madrid klubu 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. İspan futbolçunun “Real”la 2024-cü ilədək nəzərdə tutulan müqaviləsi var və klub sözləşmənin sonunadək onun xidmətindən yararlanmaq niyyətindədir.
Odriosola bu ilin yanvarında “Bavariya”ya icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin