
“Real” futbolçusunu noyabra qədər itirib
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold UEFA Çempionlar Liqasının “Marsel”ə qarşı matçının (2:1) başlanğıcında zədələnib.
Komanda.az Madrid klubunun yaydığı açıqlamaya istinadən xəbər verir ki, ingiltərəli futbolçu əzələ zədəsi alıb.
Zədənin bərpasının təxminən altı-səkkiz həftə davam edəcəyi bildirilir. Bu isə Trentin noyabra qədər meydanlara qayıtmayacağı anlamına gəlir. İngiltərə millisinin üzvü mövsümün əvvəlində komandanın beş oyununda iştirak edib və “Real” bütün qarşılaşmalardan qalib ayrılıb.
Komandanın növbəti matçı sentyabrın 20-də, La Liqada “Espanyol”la olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



