“Real” futbolçusunu icarəyə verdi

Madrid “Real”ı yarımmüdafiəçisi Antonio Blankonu yenidən icarəyə göndərib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı oyunçusunu “Alaves”ə icarəyə verib.

İspaniyadan olan oyunçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.

Blanko “Real”ın öz yetirməsidir. O, əsas komandada cəmi 6 oyuna çıxıb. Yarımmüdafiəçi daha öncə “Kadis”də də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button