“Real” futbolçusunu Çempionşipə göndərir
“Real”ın qolkiperi Kiko Kasilya karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu Çempionşip təmsilçisi “Lids” klubuna transfer olmağa yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Kasilyanın bu gün İngiltərəyə gedərək, tibbi müayinədən keçəcəyi bildirilir.
2015-ci ildə “Espanyol”dan transfer edilən Kasilyanın “kral klubu”yla 2020-ci ilə qədər müqaviləsi var. 32 yaşlı qolkiper cari mövsümdə heç bir oyunda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin