“Real” “Atletiko” ilə razılığa gələ bilmir
“Atletiko” “Real”ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun rəhbərliyi ukraynalı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır. Lakin “Real” bu məbləğlə kifayətlənmir. Madrid klubu qolkiperin satışından 30-35 milyon avro qazanacağını gözləyir. Maliyyə anlaşmazlıqlarına görə sövdələşmənin baş tutmayacağı gözlənilir.
Luninin “Real”la müqaviləsi gələn ilin ortalarına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin