“Real” futbolçusunu 60 milyon avroya satmaqdan imtina edib
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameninin “Liverpul”un maraq dairəsində olduğunu xəbər vermişdik.
Komanda.az xəbər verir ki, İspaniya klubu 23 yaşlı futbolçusunu buraxmaqdan qəti şəkildə imtina etdi. Bu barədə “Defensa Central” məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu fransalı futbolçu üçün 60 milyon avro təklif etsə də, “Real” bundan imtina edib. Onlar Tçuamenini layihələrində əsas oyunçu kimi görərək, onu heç bir məbləğə satmaq fikrində deyillər.
Tçuameni 2022-ci ilin yayında “Real”a keçib. O, Madrid komandasının heyətində 50 oyunda 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin