
“Real” futbolçusu ilə müqaviləni uzatdı, 1 milyard avro qiymət qoydu
“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə yeni müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə satınalma məbləği 1 milyard avro olaraq qeyd edilib.
Kamavinqa 2021-ci ildə “Renn”dən “kral klubu”na transfer olunub. 21 yaşlı futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində 11 oyun keçirib və 1 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin