“Real” hücumçusu ilə bağlı qərar verib

“Real”ın hücumçusu Qonsalo Qarsiyanın Madrid klubundakı gələcəyi məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” ispaniyalı futbolçunun icarə və ya tam transfer təkliflərini nəzərdən keçirmək fikrində deyil. Baş məşqçi Xabi Alonso Qarsiyanın çıxışına heyrandır.

Qarsiya Klublararası dünya çempionatında yaxşı təsir bağışlayaraq, qrup mərhələsində keçirdiyi üç oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button