“Real” 40 milyon avrodan çox ödəmək fikrində deyil – Fransalı futbolçu üçün
“Lill”in fransalı müdafiəçisi Leni Yoro “Real”ın transfer hədəfi olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün limit qoyub. Belə ki, “Real” 18 yaşlı futbolçu üçün 40 milyon avrodan çox pul ödəmək fikrində deyil.
Madrid klubunu başa düşmək olar, çünki Yoronun klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Yəni müdafiəçi gələn yay azad agent ola bilər.
“Lill”in Yoro üçün daha yaxşı təklifləri var, lakin hələlik heç bir qərar verilməyib. Gənc futbolçunun özü də “Real”a keçmək istəyir.
Leni Yoro “Lill”in yetirməsidir. O, 2023/24 mövsümündə 44 oyun keçirib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin