
“Real”ın hədəfində 3 fransalı müdafiəçi var
“Real” gələn ildən etibarən müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır.
Yay transfer pəncərəsində “kral klubu”na Din Heysen qoşulsa da, rəhbərlik bu mövqedə yenilənməni davam etdirmək niyyətindədir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Real”ın əsas hədəfi üç fransalı mərkəz müdafiəçisidir: İbrahima Konate (“Liverpul”), Dayot Upamekano (“Bayern”) və Vilyam Saliba (“Arsenal”). Transfermarkt portalı oyunçuları müvafiq olaraq 60, 50 və 80 milyon avro dəyərində qiymətləndirir.
Konate və Upamekanonun müqavilələrinin müddəti gələn yay başa çatacaq. Bununla belə, həm “Liverpul”, həm də “Bayern” onlarla sözləşmənin müddətini uzatmaq istəyir.
Salibanın London klubu ilə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



