“Real” fransalı futbolçu ilə müqaviləni uzatmağa yaxındır

“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə müqaviləni uzatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı fransalı futbolçu yeni müqavilə bağladıqdan sonra daha çox pul qazanacaq. Futbolçuya görə təzminatın məbləği də artacaq. “Real” Kamavinqanı saxlamaq istəyir və bununla da, onun mümkün gedişini sığortalamağı planlaşdırır.

Kamavinqa 2021-ci ilin avqustunda “Renn”dən “Real”a keçib. O, “kral klubu”nun heyətində 107 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button